gundem / dunya
16.05.2019, 11:30
Şanxayda bina uçdu: 10 nəfər dağıntılar altında qaldı

Şanxayda bərpa olunmaqda olan bina uçub.
dogruxeber.tv Trend-ə istinadən bildirir ki, hadisə zamanı dağıntılar altında 10 nəfər qalıb. Dərhal aparılan xilasetmə tədbirləri nəticəsində 3 nəfərin xilas edildiyi bildirilir.
Məlumata görə, Çannin rayonunda yerləşən binanın naməlum səbəbdən tavanı çöküb, bundan sonra bina uçub.
Binada bir müddətdir bərpa-rekonstruksiya işləri aparılırmış.
Dağılan sahənin 1 min kv.m təşkil etdiyi qeyd edilir.


