hadise
6.02.2019
Zəlzələ nəticəsində Şamaxıda dağıntılar olub, 3 nəfər xəsarət alıb

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.
dogruxeber.tv report-a istinadən məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.


