Oliqarxların tikdiyi binalarda yoxlama başlayır – Qərar verildi













Milli Məclis yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına icazə verilməsini nəzərdə tutan dəyişikliyi qəbul edib.
Parlamentin ötən gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2-ci maddəsinə (Qanunun tətbiq dairəsi) dəyişiklik layihəsi müzakirə edilərək qəbul olunub. Dəyişikliyə əsasən, qanunun mövcud 2-ci maddəsində nəzərdə tutulmuş yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

Sənədin qeyd hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Xatırladaq ki, qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Maraqlıdır, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin, dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində aparılacaq yoxlamalar qanunsuz tikililərin qarşısını almağa kömək edəcəkmi?

dogruxeber.tv xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əgər faktiki yoxlamadırsa, bu, həm bundan sonra tikilən, həm də indiyədək tikilən daşınmaz əmlaka şamil ediləcək:

“Gələcəyə hesablanmış olsaydı, yalnız bunun nəzarət mexanizmi barədə düşünərdilər. Qanunun maddəsindən də göründüyü kimi, həm nəzarət, həm də yoxlama məsələsi nəzərdə tutulub. Demək, nəzarət gələcəkdə tikilən tikililərə aid olacaq. Yoxlamalar isə artıq mövcud olan, keçmişdə tikilmiş tikililərə aid olacaq. O ki qaldı qanunsuz tikililərin artmasına təsirinə, çox güman ki, yoxlamaların bu məsələyə də müəyyən təsiri olacaq. Amma qanunsuz tikililərin bundan sonra, yəni köklü surətdə dayandırılması, onun ciddi nəzarət altına alınması qeyri-qanuni tikililərin azalmasına səbəb olmayacaq. Bunun bir neçə səbəbi var. İlk növbədə Azərbaycanda qeyri-qanuni tikililərin artmasına qarşı mübarizə aparırıqsa, o zaman ölkədə qanuni olan daşınmaz əmlakın tikilməsinə verilən icazənin reallaşdırılması qaydaları asanlaşdırılmalıdır. Bu gün faktiki olaraq Azərbaycanda 30-40 min manat məbləğində həyət evi tikirsənsə, bir o qədər də xərc çəkməlisən ki, ev üçün rəsmi sənəd alasan. Bu sahədə bir qeyri-müəyyənlik var. Bilinmir ki, vətəndaş torpağı necə ala bilər, harada ev tikə bilər. Malik olduğu torpaq üzərində tikintinin aparılması üçün icazəni necə və kimdən ala bilər? Burada həm qanuni, həm də qeyri-qanuni əngəllər var. Ona görə də qeyri-qanuni tikililərin artmasının qarşısını almaq üçün həm bu tipli tikililərə qadağa qoymaq, həm də qanuni tikililərin inşası qaydalarını asanlaşdırmaq lazımdır. Vətəndaşa əlçatan olmalıdır ki, o, əlindəki kapitalla münasib bir yerdə ev və ya obyekt tikə bilsin. Amma Azərbaycanda həm qanuni qaydada, həm də qeyri-qanuni qaydada ev tikəndən rüşvət alırlar. Düşünmürəm ki, bu məsələ prosesə ciddi təsir göstərsin”.

Ekspert əlavə edib ki, Azərbaycanda onsuz da qanunsuz tikili çoxdur:

“Təxmini hesablamalara görə, hazırda Azərbaycanda qanunsuz tikililərin sayı 700 mindir. Onun 500 mini Bakı şəhəri və ətraf ərazilərdədir. Təbii ki, bu qanusuz evlərin sayını hökumət də bilir. Hətta qanunsuz tikililərin sənədləşdirilməsi üçün qanun qəbul olunub və bu yaxınlarda bir layihə formasında həyata keçməyə başlayacaq. Bir sözlə, ölkədə qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi aradan qaldırılmalıdır. Bu, həm dövlət, həm də vətəndaş üçün xeyirlidir. Bu məsələdə maraqlı olmayan, prosesə əngəl törədənlər yalnız aidiyyəti məmurlardır.

Bu gün bir qanunsuz tikiliyə çıxarış vermək 20-30 min manata başa gəlir. Amma layihə həyata keçirilsə və o tikililərə dövlət layihəsi çərçivəsində sənədlər verilsə, məmurun 30 min manat “qapazlamaq” imkanı məhdudlaşacaq. Ona görə də buna məmur əngəlləri var. Digər tərəfdən layihə reallaşdırılsa, bütün daşınmaz əmlak qanuni sənəd alsa, bu, vətəndaşa öz əmlakı ilə manevr etməsi imkanı da qazandıracaq. Yəni əmlakını sata, kirayə verə bilər, həmçinin girov qoyub bankdan pul götürüb iqtisadi fəaliyyətlə məşğul ola bilər. Bundan əlavə, vətəndaş həmin əmlakı sığorta etmək, onun yanğın, mühafizə məsələsini qaydasına qoymaq imkanı əldə edəcək. Bundan həm də dövlət divident götürür. Hər bir qanuni tikili, əmlak sözsüz ki, illik gəlir vergisi verir. Yüz minlərlə əmlak hərəsi ildə dövlətə 60 manat əmlak vergisi versə, görün nə qədər büdcə gəlirinə səbəb olur. Bu, həm vətəndaşa, həm də dövlətə faydalıdır. Ortada yalnız məmurlara ziyan dəyir. Dilə gətirməsələr də, onlar qanunsuz tikililərin sənədləşdirilməsinə razı deyillər”.

Oxunub: 745

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər