hadise
10.06.2019, 13:49
Bakıda dəhşətli qətl — Ər xəstəxananın həyətində arvadının başını kəsdi

Bakıda ər arvadının boğazını kəsib.
dogruxeber.tv APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.
Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.


