Maliyyə nazirindən inflyasiya ilə bağlı açıqlama













“İcbari Tibbi Sığorta sisteminin tətbiqindən sonra tibb işçilərinin də əmək haqlarının artırılması gözlənir”.

dogruxeber.tv xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində deyib.

Nazir əhalinin gəlirlərinin inflyasiya risklərinin artacağı ilə bağlı yayılan məlumatları da şərh edib: “Şübhəsiz ki, dövlət başçısı tərəfindən bu cür qərarlar qəbul edilərkən, bu cür məsələlərə də diqqət yetirilir. Sosial tədbirlərin həyata keçirilməsi mərhələlərə bölünüb.

Birinci mərhələ - mart ayında qərarlar qəbul edilib, artıq icra olunmaqdadır. Biz inflyasiya baxımından hər hansı bir əhəmiyyətli təzyiq müşahidə etmirik. Amma bu izlənilir.

İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir.

Bildiyimiz kimi, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, inflyasiya 2,5%-dən aşağıdır. Hesab edirəm ki, müsbət amildir və biz də onun artıq bəzi əlamətlərini görürük. Təkcə mən onu qeyd etmək istərdim ki, iki həftə bundan əvvəl Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarına tələbat bəyan ediləndən 5 dəfə artıq olub. Nəticədə iki illik istiqrazlar 7%-də qərarlaşıb. Nəhayət dünən yerləşdirilən istiqrazlar 6,2%-ə endirilib. Bu, kifayət qədər müsbət haldır”.

Report

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər