Şamil Gülməmmədovun Fikrət Məmmədova jesti





Bir neçə ay bundan öncə 7GUN.az saytı 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədovun qanunsuz hərəkətləri barədə kifayət qədər məlumat vermişdi. Sayt bildirmişdi ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində rəis vəzifəsində işləyən zaman ciddi qanunsuz əməllərinə görə Ədliyyə Naziri Fikrət Məmmədovun sərəncamı ilə ədliyyə orqanlarından xaric edilən Baba Gülməmmədov sonradan hansı xidmət və ya müsbət keyfiyyətlərinə görə ədliyyə orqanlarına işə bərpa olundu?
7GUN.az qeyd etmişdi ki, bir müddət rəis vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən Baba Gülməmmədov məhz Ədliyyə Naziri Fikrət Məmmədovun təşəbbüsü ilə 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinə təyin olundu. Onun təyinatı Penitensiar Xidmətdə təəccüblə qarşılandı. Baba Gülməmmədov müəssisənin idarəçiliyini tərbiyə işləri üzrə müavini Azər Bağırzadəyə həvalə etdi. Azər Bağırzadə də müəssisəni Baba Gülməmmədovun iradəsinə uyğun olaraq idarə edir, dövlətin müəyyən etdiyi layihələrdən kənar iaşə obyektləri tikdirərək daha çox qazanc əldə etmək üçün müxtəlif fırıldaqlardan istifadə etdi. Məhkumlardan şər və böhtan atmaq yolu ilə külli miqdarda rüşvət alınırdı. Həmin vaxtlarda bir neçə məhkum müəssisədə olan özbaşınalıqlar və haqsızlıqlar barədə müxtəlif orqanlara müraciətlər etmişdilər. Onlar müraciətlərinin araşdırılacağına inansalar da, lakin sonrada yanıldığlarını gördülər. Belə ki, müəssisə ilə bağlı aidiyyatı instansiyalara göndərilən müraciətlərin heç biri araşdırılmadı.
Baba Gülməmmədov 9 saylı Cəzaçəkmə Müəssisəsində Azər Bağırzadənin vasitəsilə arzuladığı tejimi qurduqdan sonra sərbəst fəaliyyət göstərməyə başladı. Bir müddət sonra Azər Bağırzadə tutduğu vəzifədən azad edildi. Azər Bağırzadə ilə bağlı əldə etdiyimiz daha ciddi məlumatları ictimaiyyətə təqdim edəcəyik.
Baba Gülməmmədov 9 saylı Cəzaçəkmə Müəssisəsini bazar qaydaları ilə idarə etməyə başladı. Baba Gülməmmədov məhkumların telefon danışıqları üçün məntəqəyə təhkim olunmuş nəzarətçi Yunis Məmmədovdan hər ay aldığı 8.000 (səkkiz) manatı 10.000 (on min) manata artırdığı üçün sonuncu bu işdən imtina edib. Hazırda Yunis Məmmədovu başqa bir nəzarətçi David Binnətəliyev əvəzləyib.
Bütün bunlardan Ədliyyə Naziri Fikrət Məmmədovun, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun və digər vəzifəli şəxslərin məlumatları var. Sadəcə olaraq Baba Gülməmmədovun atası biznesmen Şamil Gülməmmədovun Ədliyyə Naziri Fikrət Məmmədovla qurduğu təmaslara görə onun cinayət xarakterli əməllərinə göz yumulur. Bunu 7GUN.az saytı yazıb.
Maraqlıdır ki, Fikrət Məmmədov dövlətin mənafeyini və Penitensiar Xidmətin qaydalarını Baba Gülməmmədova nə üçün qurban vermib?
Baba Gülməmmədov barədə müxtəlif mənbələrdən Zamantv.az-a məlumatlar daxil olub. Hazırda araşdırmalardan sonra onları sizə təqdim edəcəyik. Bizi izləyin.
Baba Gülməmmədovla Ədliyyə Naziri Fikrət Məmmədovu və nazir müavini Toğrul Musayevi hansı tellər bağlayır? Bu barədə növbəti yazılarımızda tanış ola biləcəksiz.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər