hadise
12.07.2019, 17:16
İki “Mercedes” toqquşdu, sərnişin öldü

Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“dogruxeber.tv” xəbər verir ki, hadisə iyulun 11-də saat 13 radələrində qeydə alınıb. Rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır./Qafqazinfo


