gundem
14.08.2019
“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

“Honda” şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb.
dogruxeber.tv-ın məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır.
Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş “Crosstour”, “Fit”, “City”, “Accord”, “Odyssey” və “Everus S1” modellərinə şamil olunub./Trend.az


