Nizami rayonunda yerləşən “Grace Hall” şadlıq sarayında bədbəxt hadisə baş verib. dogruxeber.tv xəbər verir ki, orada işləyən 1971-ci il təvəllüdlü Rizvan Rəhimov hündürlükdən yıxılıb.O, şadlıq sarayının işıq sistemini təmir edirmiş. R. Rəhimov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./ Qafqazinfo