Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir





Son vaxtlar çimərliklərdə ilanlara daha çox rast gəlinir. Sosial şəbəkələrdə də Bilgəh və Pirşağı çimərliklərində ilanların görüntüləri yayılıb. Bəzi vətəndaşlar bundan narahat olduqları üçün çimərliklərə getmək istəmirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Oxu.Az-a bildirib ki, müşahidə edilənlər su ilanlarıdır:

“Havaların isti keçməsi ilə əlaqədar, təbii ki, çimərliklərə üz tutanların sayı artıb. İnsanlar daş və qayalıqların çox olduğu ərazilərdə də çimirlər. Həmin qayalıqların çox olduğu çimərlik ərazilərində isə ilanların yuvaları var. İnsanlar həmin yerlərdə suya girərək ilanları bir növ narahat edirlər. Onlar da daha sakit yer axtarmaq üçün səpələnirlər.

Bundan başqa, ilanlar güclü istilərlə əlaqədar olaraq daha sərin yerlər axtarır. Həmin ilanlar heç bir halda insanlara hücum etmir, insan sağlamlığı üçün təhlükəli deyil”.

T.İsgəndərov qeyd edib ki, su ilanlarının sancması yalnız allergik reaksiya verər:

“Bu ilanlar qətiyyən zəhərli deyillər. İnsanlar bəzən bu ilanları tutub öldürməyə çalışır. Təbii ki, bu halda ilanlar da sakit dayanmayacaq, özünü müdafiə etməyə çalışacaq. Su ilanının ağzında çürüntü məhsulları olur. Əgər insanı dişləsə, mümkündür ki, allergik reaksiya versin. Amma bu, ciddi və dərin problemlər yaradacaq qədər təhlükəli hal deyil”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər