Azərbaycanda plastik qablardan imtina mümkündürmü? – ÖMRÜMÜZÜ YEYƏNLƏR…









Plastik su qabları hər zaman müzakirə mövzusu olub. Xüsusilə yay aylarında bu qabların zərərləri daha çox müzakirə mövzusu olur. Çünki mütəxəssislər sübut edir ki, plastik qablarda saxlanılan suların günəş altında qalması ciddi fəsadlara səbəb olur.

Həkim terapevt Ənvər Rustəmov Redaktor.az-a müsahibəsində bildirdi ki, təkrar istifadə etdikdə plastik qablarda, xüsusilə boğaz hissəsində çoxlu sayda mikroblar əmələ gəlir:

’’Təkrar emal zamanı plastik qablar mexaniki təsirə məruz qalır. Daxilində dioxid xərçəng yaradan kimyəvi birləşmə əmələ gəlir. Kimyəvi tərkibi dəyişmiş plastik məhsullar sağlam insan orqanizmində sinir sistemi, mədə-bagırsaq, ürək-damar xəstəlikləri yarada bilir. Müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkən insanların sağlamlıq vəziyyətinə də ciddi şəkildə təsir etmiş olur. Yaxşı olar ki, istehsalçı şirkətlər məhsulu təkrar emal edərkən tərkibinə orqanik və ya kimyəvi, lakin insan sağlamlığı üçün təhlükə yaratmayan birləşmələr əlavə etsinlər’’.

Bəs, plastik qablardan imtina hazırda Azərbaycan üçün nə qədər realdır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, plastik qablardan imtina hazırda real görünmür:

‘’Ərzaq məhsullarının 85 faizi plastik qablarda qablaşdırılır. Buna administrativ yollarla hökumət qadağa qoya bilməz. Çünki bazarda qıtlıq yarana bilər. Xaricdən məhsul gəlməz, nəticədə ölkədə ərzaqla bağlı çətinliklər yarana bilər”.

Ekspert Azərbaycanda plastik məhsullardan istifadə zamanı əhalinin sağlamlığı üçün ciddi problem riskinin qeydə alınmadığını bildirdi:

’’Səhiyyə Nazirliyi tədqiqat aparmalıdır. Təəssüf ki, bu barədə heç bir tədqiqat yoxdur. Əlbəttə, istehlahçı günün qabağında satılan bir məhsulu alırsa, özü bilməlidir ki, belə halda satılan su təhlükəlidir. Hətta ana suyu içib, qabına uşaq qidası töküb, üstünə də rezin əmzik keçirib, uşağına qida verirsə, bilməlidir ki, bu, onun övladına ziyandır. Əgər, istehsalçı bazardan üzüm yarpağı alırsa və həmin yarpaqlar plastik qablara yığılırsa, üstəlik üzərinə sirkə tökülürsə, deməli istehlakçı özünü və ailəsini zəhərlənmə təhlükəsi ilə üz-üzə qoyur. Bu məsələ istehlakçılar tərəfindən öz həllini tapmalıdır”

Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda plastik materialların utilizasiyası üçün xüsusi bir işçi komissiya fəaliyyət göstərir:

” Bu komissiya plastik tullantıların yığılması və utilizasiyası ilə məşğul olur. AİB də həmin komissiyanın üzvüdür. Bu, İqtisadiyyat Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə komissiyasıdır. Düşünürəm ki, Plastik materialları utilizasiya edib onu digər sənaye təyinatlı məhsullara çevirən biznes qurumlarının sayı artmalıdır. Azad İstehlakçılar Birliyi plastik materialların utilizasiyasına aid İməcliyi Beyləqan rayonunda başlayıb. Bir neçə zibilxananı təmizləyib, plastik materialları yandıraraq basdırmışıq. Bu işdə xüsusən Beyləqan Rayon İcra hakimiyyəti və bələdiyyələrin də rolu böyük olub”

Eyub Hüseynov plastik torbalardan istifadə etməyən istehsalçılara da mesaj verdi:

” Azad İstehlakçılar Birliyi olaraq, xüsusən də plastik torbalardan istifadə etməyən istehlakçıların hüquqlarını təmənnasız olaraq qorumağa hazırıq. Onlar bizə həmin torbaları göstərsinlər, biz onlara möhür vurub, hətta məhkəmə instansiyalarına qədər gedə bilərik. Yetər ki, insanların hüquqları tapdanmasın”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər