hadise
5.09.2019, 12:10
Bakıda məmur iş başında öldü

Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib.
Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.


