hadise
18.09.2019
Bakıda çarpayıdan yıxılan ağırçəkili şəxsə kömək göstərildi
![]()
Yasamal rayonunda ağırçəkili 1 nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyin-dən dogruxeber.tv-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib./Trend


