hadise
21.09.2019, 20:12
Azərbaycanın hərbi qulluqçusu həlak oldu

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.
Bu barədə dogruxeber.tv-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!/Qafqazinfo


