Qiymətlər qalxacaq – Ekspertdən BAHALAŞMA XƏBƏRDARLIĞI













Bir neçə gün öncə yumurtanın qiymətinin qalxması müzakirələrə səbəb olmuşdu. Ümumiliyyətlə, payız aylarından digər sahələrdə də qiymət artımının olacağı proqnozlaşdırılır. Bildirilir ki, buna sentyabrdan bəzi sahələrdə çalışanların maaş artımı və pensiyalardakı artım təsir edəcək.

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, çoxlu pul kütləsinin bazara daxil olması qiymət artımına gətirib çıxaracq:

“Qiymətlərin qalxması təkcə xərclərlə bağlı deyil. Maliyyə sferasına əlavə daxil olacaq pul kütləsinin təzyiqləri nəticəsində qiymət artımılarını hiss edəcəyik. Artıq sentyabr ayında minimum əmək haqqının artması il bağlı həmin pul kütləsinin bir hissəsi daxil olub. Amma qarşıdakı aylardan etibarən minimum əmək pensiyanın təxminən 15-30 faiz qalxması ticarət dövriyyəsini stimullaşdıracaq. Azərbaycanda da bir rəqabət mühiti olmadığından ticarət dövriyyəsinin artması qiymət artımına təsir göstərəcək”.

A. Nəsirli qiymət artımının qarşısını almağın yollarını da göstərib:

“Bunun qarşısını almaq üçün hansı tədbirlərin görülməsini hökümət planlaşdırmalıdır. Mən hesab edirəm ki, inzibati təzyiqlər vasitəsilə bunu cilovlamağa çalışacaqlar. Amma bunu həyata keçirmək iqtisadiyyatın prinsiplərinə zidddir və həyata keçirmək çox çətindir. Yəni bu qədər satıcı var, bunların hamısına eyni zamanda nəzarət etmək mümkün deyil. Ölkədə rəqabət mühitinin yaradılması, məhsul bolluğu üçün müəyyən proqramların həyata keçirilməsi amilləri bazara iqtisadiyyatında qiyməti cilovlayan ən çevik vasitədir. Əgər bazarda rəabət mühiti olsaydı, sahibkar yumurtanın qiymətini 5 faiz artırmağa tərəddüd edəcəkdi. Çünki bazarda rəqibinə uduzardı. Amma bizdə əksinədir. Yumurtanın qiyməti 5 faiz artırsa, bazarda 10 faiz artımla satırlar. Çünki onun rəqib qorxusu yoxdur”. (yenisabah)

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər