Vüsal Qasımlı: "Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur"













Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar.



dogruxeber.tv-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.



Onun sözlərinə görə, beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb:



"Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir".



V.Qasımlı qeyd edib ki, Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir: "Bu o deməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1.6 dəfə (Ermənistan-960 beynəlxalq dollar), Gürcüstandan 1.1 dəfə (Gürcüstan-1431 beynəlxalq dollar) çox olacaq.



Minimal pensiya üzrə yeni göstəricilərə əsasən Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaqdır. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur"./Demokrat.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər