“Jurnalistlər “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasının önündə getməlidir”













Umud Rəhimoğlu: “Ölkə başçısının “Valday” klubundakı çıxışını dövlətimizin növbəti uğuru hesab edirəm”



Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start veriləcək. Kampaniyanın məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün sosial şəbəkələrdə, dünya mediasında müxtəlif faktların, şəkillərin, video materialların yayılmasını təmin etməkdir.



Bəs “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasında jurnalistlərin aktivliyinə ehtiyac varmı? Media təmsilçilərinin bu kampaniyada aktiv iştirakı onun effektiv nəticələnməsi baxımından nə dərəcədə zəruridir?



dogruxeber.tv xəbər verir ki, Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bu kimi kampaniyalarda jurnalistlərin aktivliyinə ciddi ehtiyac olduğunu vurğuladı:



“Hesab edirəm ki, jurnalistlər bu cür kampaniyaların önündə getməlidir. Jurnalistlər informasiya daşıyıcılarıdır. Həm sosial media, həm də ənənəvi media informasiyanın çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlər bu məsələdə peşəkardırlar. Onlar bu işin ustasıdırlar. Buna görə də jurnalistlər bu prosesdə daha fəal olmalıdırlar. Bu məsələdə bizim əcnəbi dilində fəaliyyət göstərən media qurumlarımız, jurnalistlərimiz daha fəal olmalıdır.



Xarici ölkələrdə təhsil alan tələbələrimizi, gənclərimizi də bu məsələdə səfərbər etməliyik.



Cənab prezudentin “Valday” klubundakı çıxışı unikal bir çıxış idi. Bu, hər bir azərbaycanlının ürəyindən keçən, gözlədiyi bir çıxış idi. Ölkə başçısı, ali baş komandan “Valday” klubundakı çıxşında çox ciddi mesajlar verdi. Dünyanın bir çox ölkəsinin nümayəndələri bu auditoriyada təmsil olunurdu. Ən başlıcası, dünyanın aparıcı ölkələrindən olan Rusiyanın siyasi rəhbərliyi də bu klubda aparıcı mövqeyə malik şəxslər kimi yer almışdı.



Hər kəs bilir ki, Qarabağ probleminin həllində Rusiyanın mövqeyindən çox şey asılıdır. Bu, ölkə başçısının praqmatik, məqsədyönlü, davamlı siyasətinin nəticəsi idi ki, “Valday” klubunda bu cür bəyanatla çıxış etmək imkanına nail olundu. Bunu ölkəmiz, onun diplomatiyası üçün növbəti uğur hesab edirəm. Hesab edirəm ki, hər bir gənc, hər bir jurnalist, hər bir ziyalı, hər bir ölkə vətəndaşı bu kampaniyada fəal iştirak etməli, bu kampaniyaya öz töhfəsini verməlidir”.

Son xəbərlər

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Bütün xəbərlər