Mübariz Qurbanlı: "Ermənilərin Gövhər ağa məscidində “təmir işləri” tarixi saxtalaşdırmaq məqsədi daşıyır"













“Ermənilərin Şuşada yerləşən tarixi Yuxarı Gövhər ağa məscidində təmir adı altında gördükləri işlər bizim tariximizi saxtalaşdırmaq məqsədi daşıyır”.

dogruxeber.tv xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri ermənilərin Azərbaycana məxsus tarixi abidələri məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib: “Biz bunu qətiyyətlə pisləyirik. Bu, beynəlxalq miqyasda mənəvi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir. Bizim komitə tərəfindən də bu mövqe açıq şəkildə bildirilib. Bizi məyus edən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dost və qardaş ölkə olan İran İslam Respublikasının hansısa şirkəti də iştirak edir. Araşdırma zamanı məlum olub ki, həmin şirkətin rəhbəri Yerevanda memarlıq təhsili alıb. Bu məni də təəccübləndirir ki, Yerevanda ona nə öyrədə bilərlər? Yəqin buna öyrətdikləri elə bu kimi hərəkətlər olub. Biz bu addımı pisləmişik. Çünki İran İslam Respublikası bizə dost və qardaş ölkədir. İslam Əməkdaşlıq Təşkilatında da Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənilib. İslam dininə aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməl törətməsi bütün islam aləmi tərəfindən pislənilməlidir. Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!”.

M. Qurbanlı qeyd edib ki, ermənilər təmir adı altında Azərbaycan irsinə xələl gətirməyə çalışırlar: “Ermənilərin həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi hər zaman özünü göstərib. Ermənilərin vandal hərəkətləri əslində insanlıq əleyhinə törədilib. Əgər tarixə fikir versək görərik ki, onlar İrəvan xanlığına məxsus tarixi abidələrimizi dağıdıblar. Bu fəaliyyətlərini işğal olunmuş ərazilərimizdə də davam etdirirlər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında islama münasibətlərini göstərmək cəhdləri saxtakarlıqdan başqa bir şey deyil. Bu saxtakarlıq adı altında Azərbaycana aid abidələrin özgəninkiləşdirilməsi prosesi gedir. Onların bu vandal hərəkətlərini qətiyyətlə pisləyirik"./ONA

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər