gundem
18.10.2019
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi açıqlanıb.
dogruxeber.tv xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.
MSK sədri Məzahir Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab edib. Onun təklifi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır./Demokrat.az


