Təhsil naziri: "Bəzi direktorlar səhlənkarlıq edir"












"Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin 2 faizi qədərdir".

Bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.



Onun sözlərinə görə, proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında bir sıra subyektiv və obyektivlik amillər var: "Misal olaraq, gecikmə halları direktorun səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı".



Nazir qeyd edib ki, elektron sistemdə bir sıra təkmilləşdirmələr edilib: "Sistem elektron olduğundan burada insan faktorunun müdaxiləsindən söhbət gedə bilməz. Proses ilk dəfə icra olunandan bir həftə sonra nazirliyə bir çox müraciətlər daxil oldu. Bakı Şəhər üzrə Təhsil İdarəsinin qarşısına çoxsaylı insan gəlib deyirdi ki, yerdəyişmə prosesi ləngiyir və səbəbləri ilə maraqlanırdılar. Elektron sistem mövcud olmasaydı bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik".



C.Bayramov əlavə edib ki, proses yazılı formada həyata keçirilən zaman meydana çıxan narazılıqlardan yalnız Təhsil Nazirliyinə daxil olan vətəndaş şikayətlərindən xəbər tutulurdu: "Bəzən problemlərlə üzləşənlər heç müraciət də etmirdi. Bu səbəbdən də real vəziyyətlə bağlı heç məlumatımız da olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını birgə müzakirə edə bildik". (Report)

Oxunub: 778

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər