Kərəm Həsənovun qırılan qələmi...













Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdiriləndən sonra Kərəm Həsənov da komitə sədri kimi vəzifəsini itirdi.
Yenisabah.az onun karyera yüksəlişi ilə bağlı yadda qalan məqamları təqdim edir.

Kərəm Həsənovun adı 2005-ci ildən başlayaraq vaxtaşırı mətbuatda çəkilməyə başlayıb. 2005-ci ilin sentyabrında ölkə başçısının sərəncamı ilə onun rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi adı altinda müstəqil quruma çevrildi.

2005-ci ilin oktyabrında isə Kərəm Həsənovun karyera yüksəlişində böyük əməyi olmuş iqtisadi inkişaf naziri Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edildi. Bundan sonra media Fərhad Əliyevin həbsində Kərəm Həsənovun müstəsna xidmətləri barədə yazmağa başladı. Həmin materiallarda iddia olunurdu ki, Fərhad Əliyevin “vurulmasında” Kərəm Həsənovun sabiq nazirin rəqiblərinə ötürdüyü məlumatların mühüm rolu olub. Kərəm Həsənovun Fərhad Əliyevə qarşı ifadə verdiyi də iddia olunurdu.

Fərhad Əliyevin həbsindən sonra Kərəm Həsənovun o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun patronajlığını qəbul etdiyi barədə mülahizələr səsləndirilməyə başlandı. Bu mülahizələr Fərhad Əliyevlə Kəmaləddin Heydərov arasındakı ziddiyyətlər barədə yayılan məlumatların təhlili nəticəsində irəli sürülürdü. Sonradan bu mülahizələr ictimai rəydə fakt kimi yerini tutdu.

2010-cu ildən isə Kərəm Həsənovun adı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi çəkilməyə başladı. Həmin dövrdə Kərəm Həsənovun iqtisadi gücünün artması, qardaşı Malik Həsənovun deputat seçilməsi onun daha güclü himayədarının olduğunu göstərirdi.

2015-ci ildə “MTN işi” zamanı isə Kərəm Həsənovun Eldar Mahmudova xidmətləri üzə çıxdı. Hakimiyyətdəki yüksək rütbəli məmurların və sahibkarların əmlakları barədə məlumatların əmlak komitəsindən sızdırıldığı iddia edilirdi. “MTN işi” ilə bağlı məhkəmə proseslərində isə bəlli oldu ki, dəstənin hədəfinə gələn sahibkarların əmlakları əllərindən alınarkən əmlak komitəsi sənədləşmə işlərini ildırım surətilə həyata keçirib. Hətta bəzən iş vaxtının bitməsi belə nəzərə alınmayıb.

Bəzi iddialara görə Kərəm Həsənov Eldar Mahmudovun çətiri altında olarkən hakimiyyətdəki digər məmurlarla hesablaşmırmış. Hətta onun bəzi hallarda Eldar Mahmudovun dəstəyi ilə maraqları toqquşduğu məmurlara zərbə vurduğu da deyilirdi.

Bəlkə də bu səbəbdəndir ki, Eldar Mahmudov işdən çıxarılandan sonra Kərəm Həsənov “patronsuz” qaldı və karyerasının sonu çatdı.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər