Xaçmazda dəhşətli qətlin təfərrüatı: Keçmiş arvadının evlənəcəyini eşidib...














Dünən Xaçmaz rayon Qımılqışlaq kəndində keçmiş kürəkənin qayınatasını öldürdüyü dəhşətli cinayətin təfərrüatı bəlli olub.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində Əlihüseyn Qədirovun yaşadığı evin darvazasının qarşısıda baş verib.

Belə ki, aparılmış araşdırma zamanı bəlli olub ki, kənd sakini Qurbanov Səfər İlham oğlu əvvəllər Ə.Qəsirovun qızı G.Qədirova ilə evli olub. Cütlük 2017-ci ildə rəsmi şəkildə boşanıb. S.Qurbanov bundan sonra ikinci dəfə ailə həyatı qurub.

Son zamanlar keçmiş həyat yoldaşı G.Qədirovanın başqa bir şəxslə ailə həyatı quracağını eşidən S.Qurbanov bu məsələni aydınlaşdırmaq üçün oktyabrın 23-də saat 11:30 radələrində keçmiş qayınatası Ə.Qədirovun yaşadığı evin qarşısına gedərək onu çölə çağırıb. Keçmiş həyat yoldaşının yenidən evlənəcəyi ilə bağlı yayılan söhbətlərə etiraz edən S.Qurbanovla Ə.Qədirov arasında mübahisə yaranıb.

Yaranmış mübahisə zəminində S.Qurbanov üzərində gətirdiyi bıçaqla Ə.Qədirovun döş qəfəsi, kürək, mədə və sol qol nahiyyələrinə bir neçə dəfə deşilmiş-kəsilmiş xəsarətlər yetirməklə öldürüb.

S.Qurbanov cinayəti törətdikdən sonra könüllü olaraq Xaçmaz rayon polis şöbəsinə gedərək təslim olub və cinayət aləti olan bıçağı hüquq mühafizə orqanlarına təqdim edib.

Ə.Qədirovun meyitinə xarici baxış zamanı ümumilikdə yeddi ədəd kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər