gundem
26.10.2019, 14:12
YAP-dan sonra daha bir partiya bələdiyyə seçkilərinə QATILIR

Dekabrın 23-də Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərində iştirak etmək üçün müraciətlər davam edir.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Modern.az-a bildirib ki, indiyə qədər MSK-ya iki partiya müraciət edib:
“Hazırda MSK-ya iki partiya müraciət edib. Onlardan biri Yeni Azərbaycan Partiyası və digəri isə Azərbaycan Demokratik İslahatlar Partiyasıdır”.(Moderator.az)


