sosial
4.11.2019, 10:40
Bu ərazilərdə su olmayacaq

Bəzi ərazilərdə su təchizatı dayandırılacaq.
Bu barədə dogruxeber.tv -a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qeyd edək ki, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur./Demokrat.az


