Güzəştlə mənzil əldə etmək hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI














“Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan tapşırıqlardan biri də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərin kateqoriyalarının genişləndirilməsi ilə bağlıdır”.



Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova sosial mənzil almaq hüququ olanların kateqoriyasının genişləndirilməsilə bağlı sorğuya cavab olaraq bildirib.


D.Dadaşova qeyd edib ki, bu istiqamətdə işlər davam etdiriləcək:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli mənzillərin tikintisini təşkil etməkdir. Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, artıq güzəştli mənzillərdən də yararlanmaq hüququna da sahibdirlər”.



MİDA rəsmisinin sözlərinə görə, dövlətin sosial siyasətinin davamı olaraq ölkə başçısının 13 iyul 2017-ci il və 21 iyul 2017-ci il tarixli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik edilib.


Güzəştlə mənzil almaq hüququna malik şəxslər aşağıdakılardır:


Gənc ailənin üzvü olan şəxslər


Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);



Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər


Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər. (Modern.az)

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər