hadise
7.11.2019
Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb

İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.
dogruxeber.tv-ın məlumatına görə, bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.
Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.
Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb./Trend


