Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?













Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist səfər etməli idi. Bu səfərə cavab olaraq noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfər edəcəyi də gözlənilir.

Bir neçə gün öncə, noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbəri “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləmişdi.

Lakin noyabrın 17-nə gözlənilən səfər barədə heç bir informasiya verilmədi.

dogruxeber.tv erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi, həmçinin azərbaycanlı jurnalistlərin Ermənistana gedib-getmədiyi barədə məlumat öyrənməyə çalışıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə omadığını bildirib:

“Erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi barədə məlumatım yoxdur. Heç özüm də ölkədə deyiləm”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələyə heç bir şərhinin olmadığını bir daha qeyd edib:

“Erməni jurnalistlərin Bakı səfəri barədə heç bir məlumatım yoxdur. Onların nə üçün gəlib-gəlmədiyinə də münasibət bildirə bilməyəcəm. Eləcə də azərbaycanlı jurnalistlərin Ermənistana səfəri barədə məlumata malik deyiləm. Bu məsələyə hər hansı şərhim yoxdur”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə məsələyə münasibət bildirəcəyini deyib:

“Erməni jurnalistlərin qarşılıqlı səfəri barədə cavabım olacaq. Bir azdan bu barədə feysbuk səhifəmdə fikirlərimi yazacam”.

Qeyd edək ki, erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir.

Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı./Modern.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər