Azərbaycanla Türkiyənin elektron ticarəti genişlənir














Azərbaycan və Türkiyə elektron ticarət sahəsində əlaqələri genişləndirir. Azərbaycanda mal və xidmətlərin, elektron ticarət ilə ən səmərəli satış yolu hər il geniş vüsət alır.
“Yeni Sabah” xəbər verir ki, bu sahədə elektron ticarətin və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına dəstək olmaq məqsədi ilə noyabrın 26-da Bakıda İqtisadiyyat Nazirliyi, Rabitə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, KOB Agentliyi və Türkiyə nümayəndəliyinin rəhbərlərinin iştirakı ilə Ümumdünya Elektron Ticarət Forumu işə başlayıb.



Xatırladaq ki, ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdi. Tədbir NRYTN və Aİ tərəfindən 2017-ci ildən reallaşan “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutmuşdu. Bu il elektron ticarət sahəsində növbəti tədbirin keçirilməsi Azərbaycanda bu sahəyə diqqətin olduğunu göstərir. Bu tədbirlər həm də elektron ticarətin ildən ilə inkişaf etməsini şərtləndirir.

“Elektron ticarət - informasiya və internet resurslarından istifadə etməklə ticarətin aparılmasıdır. Ekspertlər bildirir ki, hazırda dünyada bütün alış əməliyyatlarını internet üzərindən aparan, sırf elektron ticarətlə məşğul olan şirkətlərin sayı getdikcə artmaqdadır. Buna misal olaraq “Amazon”, “Ebay“, “Alibaba” və.s şirkətləri göstərilir. Avropanın demək olar, əksər ölkələrində marketlər müştərilərinə elektron alış-veriş etmək imkanı da yaradıblar. İnternet üzərindən ticarətin bir çox mənfi və müsbət xüsusiyyətləri vardır.

İqtisadçı-kibernetik, İKT üzrə mütəxəssis Həsən Babayev mediaya açıqlamasında bildirib ki, müsbət cəhət ondan ibarətdir ki, məhsul vitrinlərə daşınmadan və ona əlavə xərc sərf olunmadan birbaşa müştəriyə çatdırılır ki, bu da həmin məhsulun maya dəyərinə təsir edir və nəticədə qiymət aşağı olur: “Yəni bu istehsalçı ilə müştəri arasında birbaşa əlaqədir. Müştəri evində oturub mağazaya getmək üçün vaxt sərf etmədən məhsul seçib sifariş verə bilir ki, bu da vaxta qənaət baxımından əhəmiyyətlidir”.

H. Babayev əlavə edib ki, Azərbaycanda da elektron ticarət getdikcə inkişaf edir və bu sahə Azərbaycanda qanunla tənzimlənir: “2005-ci il may ayının 10-da ''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Elektron ticarətlə bağlı tərəflərin bütün hüquq və vəzifələri, tərəflərin bütün məsuliyyətləri həmin qanunla tənzimlənir. Ötən ilin statistikasına nəzərə saldıqda görürük ki, Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 46 milyon manatdan çox olub. Bu açıqlamanı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib. Nazirin sözlərinə görə, son dövrlər Azərbaycanda elektron ticarət dövriyyəsi sürətlə inkişaf edir. Belə ki, 2016-cı ildə ölkədə pərakəndə ticarət dövriyyəsi 25 milyon manat, 2017-ci ildə isə 46 milyon manatdan çox olub. Bu da onu göstərir ki, Azərbaycanda elektron ticarətin dövriyyəsi artır və bu da növbəti illərdə e-ticarətin daha da inkişaf edəcəyinə əsas yaradır”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər