Sabahdan bəzi ərazilərdə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək










Sabahdan Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.

Bu barədə dogruxeber.tv-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Sürücülərə tövsiyə edilir ki, şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini, bunun üçün təşkil olunan cib tipli dayanacaq məntəqəsində etsinlər. Bunu edərkən nizamlı şəkildə növbəlilik qaydalarına əməl etmələrini və yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla nəqliyyatın hərəkətini məhdudlaşdırmamaları xahiş edilir.

Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı, mənzil başına vaxtında uzlaşmalarına səbəb olur. Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.

Eyni zamanda qeyd edilməlidir ki, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək./Trend

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər