Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - Siyahı













Növbədənkənar parlament seçkilərində iştirak edəcək bitərəf deputatlardan bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısını gözləmədən iddialarını ortaya qoyub.
Yenisabah.az xəbər verir ki, artıq Azay Quliyevlə Adil Əliyev namizəd olacaqlarını ictimailəşdiriblər.

Azay Quliyev bu barədə “Twitter” hesabında yazıb. “Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli ürməyə qərar verdim”, -deyə o bildirib.

Adil Əliyev isə namizəd olacağını “Facebook” hesabında bəyan edib: “Ya Allah! Dostlar, çox saylı seçicilərimin, müraciətlərini nəzərə alıb, Nərimanov rayonu 20 saylı, 2- ci seçki dairəsindən, inşallah yola davam edəcəm”.

Məlumatlara görə, artıq 25 ildir deputat olan Madər Musayev də növbəti dəfə parlamentdə təmsil olunmaq istəyir. Onun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olacağı bildirilir. İddialara görə, Madər Musayev artıq imzatoplama kampaniyasına start verib.

Həmçinin, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da 26 saylı Sabunçu seçki dairəsindən özz namizədliyini irəli sürüb.

Bitərəflərdən Qənirə Paşayevanın, Çingiz Qənizadənin, Səttar Mehbalıyevin, Mahir Aslanovun, Ülvi Quliyevin, Fəttah Heydərovun, Zahid Orucun da seçkilərə qatılacağı bildirilir.

Məlumat üçün deyək ki, adıçəkilən şəxslər bundan əvvəlki seçkilərə də bitərəf kimi qatılıblar. YAP onların namizəd olduğu dairəni boş buraxıb. Yəni, həmin dairələrdən namizəd irəli sürməyib. Həmin dairələrdə hakim partiyanın resursları bu şəxslərin qalib gəlməsi üçün istifadə edilib.

Bu dəfə də belə olacağı bəlli deyil. Yuxarıda qeyd etdiyimiz kimi hakim partiya hələ siyahını açıqlamayıb. Lakin bəzi məlumatlara görə, iddialarını ortaya qoyan bitərəflər YAP-ın xeyir-duası ilə namizəd olacaqlarını açıqlayıblar.

Oxunub: 1 059

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər