gundem
30.12.2019, 14:26
ATV-də təyinat - Yeni İcraçı direktor o oldu

"Azad Azərbaycan" televiziyasında yeni təyinat olub.
DoğruXəbər.az "Yeni Sabah"-a istinadən bildirir ki, televiziyadan verilən məlumata görə, "Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov, bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.
Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.
Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.


