“Əssasız pul tələbləri olur” - Bu sahədəki korrupsiyalarla bağlı “gizlinlər”i açıqladı










“Əssasız pul tələbləri olur” - Bu sahədəki korrupsiyalarla bağlı “gizlinlər”i açıqladı
Xəbər verdiyimiz kimi, 2020-ci ilin əvvəlində Bakının Nizami rayonunda uşaqların uşaq bağçalarına qəbulu üçün elektron sistemin tətbiqini nəzərdə tutan pilot layihə start götürür. Toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır. Bəs, görəsən, sözügedən layihənin icrası uşaq bağçalarını korrupsiya amilindən azad edəcəkmi?
Eyni zamanda yerlərin məhdud olması səbəbindən Bakı şəhərindəki dövlət uşaq bağçalarına qəbul ənənəvi olaraq bir sıra çətinliklərlə (qeydiyyat məsələsi, ailənin yaşadığı coğrafiyanın uşaq bağçasının yerləşdiyi ərazi ilə üst-üstə düşməsi) müşayiət olunur, bütün bunlar isə uşaq bağçalarının rəhbərliyi tərəfindən sui-istifadə üçün geniş meydan yaradır. Bu layihənin aztəminatlı və çoxuşaqlı ailələr üçün mühüm sosial əhəmiyyəti nə dərəcədədir?

Bu suallarımıza cavab tapmaq üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, layihənin həyata keçirilməsi əsasız şəkildə pul tələblərinin qarşısını alacaq:



“Hazırda ölkəmizdə 1672 uşaq baxçası var. Ümumi körpələr evinə 123 min uşaq qəbulu həyata keçirilir. Təəssüflər olsun ki, bu qədər uşaq baxçasının 320-ə yaxını paytaxtımızın payına düşür. Amma burada qəbul zamanı kifayət qədər neqativ hallar yaşanır. Yəni, ilk növbədə buraya qəbul edilməli olan yaxın ərazidə yaşayanların, sosial statusu olan şəxslərin övladlarının baxçaya qəbulu zamanı onlardan əssasız pul tələbləri olur.

Həmin baxçaların rəhbərliyi qeyd edirlər ki, uşaq baxçalarında yer yoxdur. Amma müəyyən vəsait, məbləğ ödəndikdən sonra həmin baxçalarda uşağa yer tapılır. Təəssüflər olsun ki, bu gün uşaq baxçalarında çalışanların böyük əksəriyyəti qanunvericiliyin tələblərinə zidd olaraq, orta təhsillidir.

Halbuki, 2017-ci ildə qəbul edilmiş “Məktəbə qədər təhsil haqqında” qanun layihəsində tələb kimi qoyulub ki, uşaq baxçalarına rəhbərlik edən şəxslər ilk növbədə bu sahədə ali təhsilli olmalıdırlar. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şəxslər bu sahə üzrə ixtisaslı kadr olmalıdır. Bu proses işə qəbul zamanı, fəaliyyət zamanı qeydə alınmır.

Bu gün uşaq baxçalarına qəbul zamanı ciddi nöqsanlar var. Bunun aradan qaldırılması üçün elektron resurs olmalıdır. Şəffaflığın həyata keçirilməsi üçün ilk növbədə həmin baxçanın yerləşdiyi mikroərazidə yaşayanların qəbulu üçün elektron sistem olmalıdır. Təəssüf ki, bu pilot layihə olaraq, həyata keçirilir. Gələcəkdə də bütün məktəbə qədər hazırlıq yerlərində də tətbiq edilməlidir. Bu, olduqca uğurlu addımdır. Hesab edirəm ki, təkcə şəffaflığı yox, eyni zamanda həmin müəssisələrin keyfiyyətinin artırılmasına imkan verəcək”.

Ekspert baxçaların sayının azlığından və onların məktəbəqədər təhsil alacaq uşaqların yalnız 25 fazirini əhatə etdiyindən də danışıb:

“2019-cu ilin yay aylarında Bakı şəhər İcra Hakimiyyəti 300 min manat məbləğlik baxçalarda elektron xidmətin həyata keçirilməsi ilə bağlı tender elan etmiş və bir şirkət orada qalib gəlmişdi. Maraqlıdır ki, bu qədər çox vəsait üçün hələ pilot layihə hazırlanır. Çünki büdcədən bunun üçün böyük məbləğ ayırılmışdı. Bu proses şəffaflığın həyata keçirilməsi, baxçaların əlçatımlılığı, imkansız, əlil şəxslərin uşaqlarının, şəhid övladlarının təmin olunması üçün həyata keçirilməlidir.



Bu gün bizim ölkəmizdə ciddi şəkildə uşaq baxçalarının çatışmazlığı var. Daşkəsən, Qax, Gədəbəy, Neftçalanın özündə belə ciddi şəkildə baxça çatışmazlığı var. Məhz elektron qaydada bu həyata keçiriləndən sonra məlum olacaq ki, hazırda biz azyaşlı uşaqların yalnız 20 faizini baxçalara cəlb edə bilmişik. Ümumilikdə isə 1 yaşdan 5 yaşa qədər ollan uşaqlar baxçanın tabeliyində olmalıdır. Amma məlum olur ki, baxça yaşında olan uşaqların yalnız 25 faizini əhatə edəcək baxçalarımız var. Bu da olduqca azdır. Düşünürəm ki, həm Bakıda, həm regionda baxçaların sayı artırılmalıdır. Əlbəttə ki, bu layihə aztəminatlı, çoxuşaqlı ailələr üçün də əhəmiyyət daşıyır. Amma təəssüf ki, prosesdə şəffaflıq olmadığına görə, həmin valideyinlər uşaqlarını baxçaya qoya bilmirlər. Çünki qanunsuz pul yığımı və digər neqativ hallar var”.

Oxunub: 625

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər