"İşğal olunmuş ərazilərdəki tarixi və mədəniyyət abidələri erməniləşdirilir" - BƏYANAT





Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.
DogruXəbər.az xəbər verir ki, İcmadan Lent.az -a daxil olan bəyanatda bildirilib ki, son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini "bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır.
"Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini "bərpa” edərək buranı "fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də 18-ci əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını "bərpa” etməyi planlaşdırır. KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidəmiz erməni təcavüzünün qurbanı olub. Bu abidələrin bir qismi tamamilə yer üzündən silinib. Qalan abidələr isə yararsız vəziyyətə salınıb.
Ermənistan torpaqlarımızı işğal etmək, xalqımızı soyqırımına məruz qoymaq, minlərlə insanı öz yurdundan didərgin salmaqla yanaşı, həm də tarixi abidələrimizi məhv edir. Hazırda Ermənistan bu ləkəni öz üzərindən silmək üçün yalançı və saxta "təmir-bərpa” işləri aparır.

Ermənistanın bu abidələri "bərpa” etmək planlarının arxasında duran çirkin məqsədlər təkcə bizi deyil, həm də beynəlxalq təşkilatları düşündürməlidir. Çünki bu tendensiyanın yayılması dünya mədəni-tarixi mirası üçün təhlükədir.

İşğal altında olan ərazilərimizdəki bütün abidələr ata-babalarımız tərəfindən ucaldılıb, bu abidələrin üzərində əcdadlarımızın əl izləri yaşayır. Ermənistanın işğalına son verildikdən və torpaqlarımıza geri qayıtdıqdan sonra, bizə miras qalan abidələrimizə yenidən həyat bəxş etmək bizim əsas vəzifəmizdən biri olacaq.

Bütün bunlar Ermənistanın YUNESKO qarşısında götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, bu ölkənin riyakar xislətini, Beynəlxalq ictimaiyyəti aldatmaq, öz vandalizm əməllərinə mədəni-sivil don geyindirmək cəhdidir”, - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər