Kirayə evlərlə bağlı maraqlı fakt: Manat ucuzlaşdıqca ödənişlər bahalaşacaq










Ekspert: "Bunu sosial layihə adlandırmaq olmaz, əksinə cəmiyyətdə aqressiyaya səbəb olur”
Bir neçə il öncə "sosial evlər” adı altında təqdim olunan layihə, sonradan əsl sosiallığından uzaqlaşdı və adı "güzəştli mənzillər”ə çevrildi. Halbuki, evi olmayan gənc və aztəminatlı ailələrin sevincinə səbəb olmuşdu.
Ötən il İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən daha bir layihə meydana çıxdı - kirayə evlər. Elanlarda bildirilirdi ki, 20 il müddətinə evlər faizsiz, öz qiymətinə vətəndaşlara təqdim olunacaq. Bu günlərdə açıqlanan qiymətlər isə hər kəsi heyrətləndirdi. Belə ki, kirayə evlərin bir kvadratmetri 1800 manatdan başlayan qiymətlərlə satılacaq.

Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı AYNA-ya şərhində deyib ki, İKZF adından açıqlanan rəqəmlər yekun rəqəmlər deyil: "Fondun nümayəndələri ilə danışdım. Onlar bildirdilər ki, bu, yekun rəqəmlər deyil. Eyni zamanda bu rəqəmlərin məntiqi yoxdur. Xırdalan şəhəri ilə "Neftçilər” metrostansiyası ərazisində yerləşən evlərin qiymətlərinin eyni olması mümkün deyil. Ümumiyyətlə, mən evlərin kvadratmetr üzrə orta qiymətlərinin açıqlanmasının tərəfdarı deyiləm. Burada söhbət mənzilin aylıq kirayə qiymətindən getməlidir, nəinki alış üzrə kvadratın orta dəyərindən”.



"Xüsusi bir məsələ var ki, vətəndaşlar bunu bilməlidirlər. Evlərin faiz dərəcələri xərclərdə nəzərdə tutulmasa da, İpoteka və Kredit Zəmanət Fondu bu mənzilləri yerləşdirdiyi istiqrazlardan əldə etdiyi gəlirlər hesabına alır. Həmin istiqrazlar üzrə gəlirlər fondun xərcləri kimi mənzillərin qiymətlərində özünü göstərə və bu da illik 3 faiz hesablana bilər”, - həmsöhbətimiz bildirib.

Ekspert kirayə evlər layihəsinin şərtlərində də promlemlər olduğunu deyib: "Məsələn, məhkumluğu olan insanlara kirayə evin verilməməsi. Bir insan cəzasını çəkib və azad olunubsa, ona niyə kirayə ev verilməsin? Əksinə, belə insanların cəmiyyətə yenidən inteqrasiyası üçün həmin insanın şəxsi evinin olması ən vacib məqamlardan biridir. Ailəli və subay şəxslərə tətbiq olunan xərclərdə də müəyyən məqamlar var. Subay vətəndaşın 500 manat sərbəst vəsaiti qalırsa, onun 50 faizinə kirayə ev hesablana biləcək. Bu da məntiqə uyğun deyil”.

Qiymət məsələsinə gəldikdə, R.Osmanlı qeyd edib ki, evlərin yerləşdiyi əraziyə görə qiymətlər fərqli olacaq: "Bu gün paylaşılan qiymətlər inandırıcı deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında indiki şərtlərin ədalətsiz olduğunu deyib: "Sosial layihə olduğuna görə, gənc ailələrə və aztəminatlı ailələrə yönəlik bir addım kimi düşünülürdü. Bir də evlərin qiymətlərinin faizsiz hesablanacağı deyilirdi. Amma indi qeyd edilən qiymətlərə baxanda məlum olur ki, faizlər öncədən hesablanıb evin qiyməti kimi alıcılara təqdim olunur. İkinci bir məsələ ondan ibarətdir ki, kirayə verilən evlərin sayı çox azdır. İndiki dövlət qurumları öz balanslarında olan evləri, guya kirayə şərtləri ilə satışa çıxaracaq. Mənzillərin sayının az olmasını və faizlərin öncədən hesablanıb mənzil qiyməti kimi təqdim olunmasını nəzərə alsaq, deyə bilərik ki, vətəndaş uzun illər, amma nisbətən az məbləğ ödəyəcək”.

O, başqa bir məqama da diqqət çəkib: "Amma əsas məqamlardan biri də odur ki, manat bu illər ərzində dəyərdən düşərsə, devalvasiya olarsa, kirayə evlərin qiymətində də artım olacaq. Çünki müqavilənin şərtlərində var ki, gələcəkdə manat dəyərdən düşərsə, evlərin qiymətlərində fərq olacaq və aylıq kirayə pulu da artacaq. 20 il mümkün deyil ki, manat sabit qalsın və bu da o deməkdir ki, aylıq ödənişlər artacaq”.



"Məsələn, bu gün kirayə ev alıb aylıq 550 manat ödəyəcəksinizsə, bir neçə ildən sonra manat dəyərdən düşəndə aylıq ödəniş bir neçə dəfəyə kimi arta bilər. Bunu sosial layihə adlandırmaq olmaz. Bir sözlə, cəmiyyətdə bu cür şərtlərlə sosial layihənin təqdim edilməsi aqressiyaya səbəb olacaq”, - deyə Natiq Cəfərli qeyd edib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər