Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlar bloku üzrə neft hasilatı azalacaq





DoğruXəbər.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlar bloku üzrə 2019-2020-ci il üçün neft hasilatında 8 faiz azalmanın yaranmasına səbəb “Cəfərli” yatağında “C-37” nömrəli quyunun dərinləşdirilməsi nəticəsində əlavə neft hasil edilməsi gözlənilirdi. Lakin gözlənilən nəticənin əldə edilməməsi səbəbindən bu sahədə 2020-ci il üzrə əlavə quyuların qazılması nəzərdə tutulmur. Buna görə də yatağın mürəkkəb quruluşa malik olduğu, eyni zamanda, təbii düşmə tempinin yüksək olduğundan 2020-ci il üzrə planlaşmada neft hasilatında azalma 8 faiz təşkil edəcəyi gözlənilir.
Yataqlardan cari ildə hasilatın 0,11 milyon barrel olacağı planlaşdırılır. Bu il yataqlar bloku üzrə Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların 0,07 milyon dollar təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir. “Zenith Aran Oil Company Limited” bütövlükdə Kanadanın “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.
“Muradxanlı” neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 kilometr cənubda yerləşir. Gömülmüş Muradxanlı qalxımı qravimaqnit və seysmik kəşfiyyat üsulları ilə aşkar olunub və 1968-ci ildə qazımaya daxil edilib. 1971-ci ildə sahədə üst təbaşirin vulkanik süxurlarından sənaye əhəmiyyətli neft alınıb. “Cəfərli” yatağı Mil düzənliyi ərazisində, “Muradxanlı” yatağından 7 kilometr cənub-şərqdə yerləşir. Sahədə 1949-cu ildən 1982-ci ilədək fasilələrlə qravimetrik və seysmik kəşfiyyat işləri aparılıb, 1982-ci ildə struktur dərin kəşfiyyat qazımasına hazırlanıb. “Zərdab” sahəsi isə “Muradxanlı” neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Struktur 1943-cü ildə qravimaqnit kəşfiyyatla aşkar edilib, 1975-ci ildə qazımaya hazırlanıb./azertac

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər