Dünyanı qorxuya salan DƏHŞƏTLİ VİRUS Azərbaycanın bir addımlığında













Dünyanı qorxuya salan DƏHŞƏTLİ VİRUS Azərbaycanın bir addımlığındaÇində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 4 min 535, bu virus səbəbindən ölənlərin sayı isə 106 nəfərə çatıb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.

DoğruXəbər.az xəbər verir ki, ABŞ, Avropa və Asiyanın bəzi ölkələrində koronavirusa yoluxma hallarının aşkarlanması xəstəliyin sürətlə yayılması ilə bağlı narahatlıq doğurur.

Türkiyə mətbuatı yazır ki, dünyanı qorxuya salan virusa ölkə ərazisində də yoluxma halları istisna deyil. "Uhan virusu" adlandırılan yeni koronavirus hava damcı infeksiyaları ilə (tənəffüs, asqırma və öskürək) ötürülür.

NCoV-nin ilkin əlamətləri qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı və ishal kimi ortaya çıxsa da, sonrakı mərhələlərdə sətəlcəm və böyrək çatışmazlığına səbəb olur və ölümlə nəticələnə bilər.

Virus səbəbindən ölənlərin sayı durmadan artdığı bir vaxtda Türkiyənin Konya şəhərindəki Çin vətəndaşı olan qadının koronavirus diaqnozuyla xəstəxanaya yerləşdirildiyi iddia olunub.

Çinli turist baş gicəllənmə, ürək bulanması və qusma şikayətilə Konya Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.

Həkimlər çinli turistin koronavirus daşıyıcısı olmasından ehtiyatlanaraq onu karantinə salıblar. Gün ərzində karantində qalan qadında koronavirus aşkar edilməyib.

Qorxulu virusa yoluxma ehtimalı ilə İzmir Təpəcik Təhsil və Araşdırma Xəstəxanasına da xəstə gətirilib. İddiaya görə, 30 yaşlı K.Ü. adlı vətəndaş öskürək və yüksək qızdırma şikayətilə xəstəxanaya müraciət edib.

Koronavirusa yoluxma ehtimalı olduğu üçün Türkiyə vətəndaşı qapalı otağa yerləşdirilib. Onun 10 gün əvvəl Çinin Uhan şəhərindən 600 kilometr uzaqlıqda yerləşən şəhərə səfərdə olması dəqiqləşib.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur./BAKU.WS

Oxunub: 857

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər