Müharibə əlillərinə 1500 mənzil və fərdi ev tikiləcək














Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası sahəsində qarşıdan duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

DogruXəbər.az xəbər verir ki ,Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin güclü sosial siyasəti sayəsində ölkədə sosial inkişaf sahəsində də ardıcıl və ciddi irəlilləyişlərin əldə olunduğunu vurğulayıb.
Nazir bildirib ki, xüsusilə ötən il dövlət başçısının təşəbbüsü və tapşırığı ilə əmək haqları və pensiyalarda, müavinət və təqaüdlərdə, ümumilikdə əhalinin 42 faizini əhatə edən sosial ödənişlərdə artımların edilməsi istiqamətində inqilabi addımlar atılıb. Bu böyük vəsait tələb edən geniş miqyaslı islahatlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını, eyni zamanda, dövlət başçısının siyasətinə uyğun olaraq, uğurlu iqtisadi islahatlardan əldə olunan gəlirlərin bütünlüklə əhalinin rifahına yönəldildiyini bir daha təsdiq etdi.

S.Babayev konfransda Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə bağlı verilmiş tapşırıqların yüksək səviyyədə icrasının nazirliyin əsas fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb.

Müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni “DOST” mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerləri üzrə nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd edilən sahələrdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub və aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40 minə yaxın ödənişli iş yerinin açılması işsizliyin azaldılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı yolu ilə onların rifahına dəstək verilməsində xüsusi əhəmiyyəti olan sosial layihədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ciddi nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi nazirliyin başlıca vəzifələrindən olacaqdır. Müşavirədəbununla əlaqədar xüsusi monitorinq qrupunun yaradılması da qərara alınıb./Metbuat.az

Oxunub: 717

Son xəbərlər

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Bütün xəbərlər