gundem
12.02.2020
Türkiyənin nümayəndə heyəti Moskvaya gedəcək - Çavuşoğlu

M. Çavuşoğlu G. Cakaj ilə birgə mətbuat konfransı keçirib
"Rusiya ilə birlikdə işləyərək atəşkəsin davamlılığını təmin etməyə çalışırıq".
DogruXəbər.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Albaniyanın Avropa və Xarici İşlər nazirinin müşaviri Gent Cakaj ilə təşkil etdiyi birgə mətbuat konfransında deyib.
M. Çavuşoğlu türk nümayəndə heyətinin qarşıdakı günlərdə Moskvaya gedəcəyini bildirib:
"Bu gün Prezidentimizlə Putin arasında telefon danışığı baş tutdu. Rusiya ilə birlikdə işləyərək atəşkəsin davamlılığını təmin etməyə çalışırıq. Qarşıdakı günlərdə Türkiyədən bir nümayəndə heyəti Rusiyaya gedəcək"./AzNews.az


