gundem
20.02.2020, 10:40
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir

Səhiyyə Nazirliyi İranda koronavirusun aşkarlanması və 2 nəfərin dünyasını dəyişməsinin Azərbaycandakı epidemioloji duruma təsirinə aydınlıq gətirib.
DogruXəbər.az xəbər verir ki, Nazirliyin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov açıqlamasında bildirib ki, hazırda ölkədə koronavirusa qarşı vəziyyət stabildir: “Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda maskaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub”.


