ABŞ-da koronavirusa yoluxanların sayı artır










ABŞ hökuməti ölkədə koronavirusa 8 yoluxma hadisəsinin olduğunu təsdiqləyib.

DogruXəbər.az-ın xəbərinə görə, bu barədə şənbə günü Massaçusets ştatının Səhiyyə Departamentinin saytında bildirilib.

Qeyd edilib ki, virusa yoluxan 8-ci şəxs Bostonda yaşayan, Çinin Uhan şəhərindən qayıdan 20 yaşlı gəncdir:

“ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Dövlət Səhiyyə İdarəsinə və Boston İctimai Sağlamlığı Komissiyasına verdiyi məlumata görə, testlərin nəticələri müsbət olub. O, Çindən qayıtdıqdan qısa müddət sonra səhhətində yaranmış problemlə bağlı tibb müəssisəsinə müraciət edib”.

Hazırda xəstə xüsusi palataya yerləşdirilib, həkimlərin nəzarətində müalicəsi davam etdirilir.

Son məlumatlara görə, koronavirusa yoluxanlardan 3 nəfər Kaliforniyada, 2-si İllinoysda, digərləri isə müvafiq olaraq Arizonada, Vaşinqtonda və Massaçusets ştatındadır.

Xəstəlik Çin də daxil olmaqla 23 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını qlobal təhlükə elan edib.

Qeyd edək ki, bu günə qədər Çində virusa yoluxanların sayı 13,8 min nəfəri keçib, ölənlərin sayı isə 304-a çatıb.APA

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər