Oqtay Şirəliyev yola salınır — QƏRAR VERİLİB













Səhiyyə naziri Oqtay Şirəliyevdən narazıların sırası getdikcə genişlənir. Koronavirus təhlükəsinin ortaya çıxmasından sonra nazirin adı ətrafında yaranmış söz-söhbətlər səngimək bilmir. Hazırda Şirəliyev cəmiyyətin və mətbuatın narazı qaldığı hökumət üzvlərinin siyahısında birinci yerdə dayanır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda rüşvətə və korrupsiyaya ən çox bulaşmış dövlət qurumlarının başında gəlir. Dövlətin balansında olan xəstəxanalarda rüşvətin tüğyan etməsi, adi xəstəliklərdən ölüm hallarının artması, keyfiyyətsiz dərman idxalı və digər səbəblər naziri hədəfə çıxarıb. Dövlət və özəl tibb müəssisələriylə bağlı şikayətlərin artması Şirəliyevin karyerasına ciddi təhlükə yaradıb.

Nazirliyin yeni dövrün çağırışlarına cavab verməməsi, operativliyi arxa plana keçirməsi, maarifləndirmə işini zəif təşkil etməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Sosial şəbəkələrdə ən çox tənqid olunan hökumət üzvünün Səhiyyə naziri Oqtay Şirəliyev olduğunu indi əminliklə söyləyə bilərik.

Yenisabah.az-a daxil olan məlumata görə, nazir Şirəliyev artıq hakimiyyət dəhlizlərində də "arzuolunmaz adam" elan olunub. Məlumatlı şəxsin dediyinə görə, Şirəliyevin istefaya göndərilməsiylə bağlı siyasi qərar var. Nazirin yaxın günlərdə işdən çıxarılacağı şübhə doğurmur.

Mənbə bildirdi ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri zamanı Oqtay Şirəliyevin onu müşayiət etməməsi də bu amillə bağlıdır. Onun sözlərinə görə, Oqtay Şirəliyevin Goranboy və Ağstafada mərkəzi xəstəxanaların açılışı mərasimində iştirak etməməsi onun tezliklə yola salınacağına şübhə yeri qoymur.Demokrat.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər