bolge
23.04.2020, 10:34
Qubaya qar yağdı

Ötən gün axşam saatlarından Qubanın dağlarına qar yağmağa başlayıb.
dogruxeber.tv qafqazinfo-ya istinadən xəbər verir ki, yağışla başlayan yağıntı sonradan qara çevrilib.
Xınalıqda qarın hündürlüyü 3 sm-ə çatıb. Digər ucqar kəndlər olan Buduq, Zeyid Xaltan, Qrız və Haputda da qarın hündürlüyü ən azı 2-3 sm təşkil edir.
Qeyd edilir ki, qarlı hava şəraitinə baxmayaraq, yollarda problem müşahidə edilmir.


