dunya
5.05.2020
Bu ölkədə fövqəladə vəziyyət altıncı dəfə uzadıldı
Yeni Zelandiya hökuməti koronavirusun yayılması səbəbindən martın 25-də elan edilmiş fövqəladə vəziyyət rejimini yenidən uzadıb.
Doğruxəbər.az sonxəbər.az-a istinadən xəbər verir ki, MK bununla bağlı mayın 5-də ölkənin Mülki Müdafiə naziri Peeni Henarenin açıqlamasına əsasən xəbər yayıb.
"Yeni Zelandiyadakı fövqəladə vəziyyət altıncı dəfə - yeddi günlük uzadılacaq. Təhlükə səviyyəsini azaltdıqdan sonra bütün nailiyyətlərimizi qeyd etmək üçün xüsusi sayıqlıq lazımdır", - hökumətin saytında yayımlanan açıqlamada bildirilib.


