İpoteka krediti verilməsi qaydası dəyişdi - FƏRMAN













Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857, № 12, maddə 1923) aşağıdakı dəyişikliklər edilib:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə:

1.1.1. 4.2.4-cü yarımbənddə “75%-dən” sözləri “85%-dən” sözləri ilə əvəz edilsin;

1.1.2. 5.2.4-cü yarımbəndin 7-ci, 8-ci və 9-cu abzaslarında “25%-dən” sözləri “25% və daha” sözləri ilə əvəz edilsin;

1.1.3. 8-ci hissənin adında “xidmət haqları” sözləri “komissiyaları” sözü ilə əvəz edilsin;

1.1.4. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. Müvəkkil bank Fonda zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyir.”;

1.1.5. 8.2-ci bənd ləğv edilsin;

1.1.6. 8.5-ci bəndin üçüncü cümləsindən “, habelə xidmət haqqının” sözləri çıxarılsın;

1.1.7. 8.6-cı bəndin birinci cümləsindən “, habelə xidmət haqqı” sözləri çıxarılsın;

1.1.8. 10.1-ci bəndin birinci cümləsində “7%-ini” sözləri “10%-ini” sözləri ilə əvəz edilsin;

1.1.9. 10.2-ci bənddə “7%-indən” sözləri “10%-indən” sözləri ilə əvəz edilsin;

1.1.10. 10.6.1-ci yarımbəndin birinci cümləsindən “xidmət haqları və” sözləri çıxarılsın;

1.1.11. 11.7-ci bəndin ikinci cümləsində “Fondun İdarə Heyəti tərəfindən hər bir il üzrə müəyyən edilmiş tarixədək banklar” sözləri “Müvəkkil banklar” sözləri ilə əvəz edilsin;

1.1.12. 11.8-ci və 11.9-cu bəndlər ləğv edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” üzrə:

1.2.1. 7.1-ci bənddəki cədvəl aşağıdakı redaksiyada verilsin:

Təminatın kreditə nisbəti

Risk kateqoriyası

Ortariskli

Aşağıriskli

Aşağı

85%-dək

75%-dək

Orta

75%-dək

70%-dək

Yuxarı

70%-dək

65%-dək

1.2.2. 8.2.1-ci yarımbəndin 3-cü abzasında “7.6-cı” sözləri “7.4-cü” sözləri ilə əvəz edilsin;

1.2.3. 9.5.2-ci yarımbənddən “ən azı 3 (üç) iş günü” sözləri çıxarılsın;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə:

1.3.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir.”;

1.3.2. 3.3-cü və 4.5-ci bəndlər ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58, № 4, maddə 618) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2.1-ci yarımbəndin 5-ci abzası aşağıdakı redaksiyada verilsin:

“5. ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;”;

2.2. 3.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.7-ci yarımbənd əlavə edilsin:

“3.2.7. ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər