Qazaxın icra başçısının milyonluq sərvəti üzə çıxdı (SİYAHI)











Qazax rayon icra başçısı Rəcəb Babaşovun əmlakının siyahısı üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. O, bildirib ki, sakinlərin dediyinə görə, icra başçısı əksər kəndlərin torpaq ərazilərini qohumu Elşən Babaşovun adına rəsmiləşdirib. Onun adına MMC də açıb. Buna görə də suvarma suyu sadə kəndliyə gedib çatmır, yalnız öz əraziləri üçün istifadə edir.

"Bundan başqa, Bakının 20 sahə deyilən ərazisində mebel fabriki var. Sabirabad rayonunda da çoxsaylı fermaları var. Qazaxdakı ərazilərindən yığdığı otu bu rayona göndərir. Yəni biznesi hərtərəflidir.

Bir neçə il əvvəl isə mediada Rəcəb Babaşovun sərvətinin siyahısı verilib və təkzib edilməyib. Maraqlı olar deyə, onları da təqdim edirəm:

– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;

– Bayıldakı Aran restoranı, Aran kafesi; "077-lər” adlı avtoyuması;

– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;

– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi;

– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili.

Birini də bu günlərdə alıb - 450 minə, nömrəsi də 077-di".
Xəbərin mənbəyi:Qaynarinfo.az

Son xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Bütün xəbərlər