Əbülfəs Qarayevin oğurladığı milyonlar












DTX-nın yaydığı video görüntülərdə keçmiş mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir. Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. “Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər”.

2020-ci ildə Dövlət İnvestisiya Proqramına daxil olan investisiya layihələrinin sahələr üzrə proqnozlaşdırılan vəsaitlərin həcmi və mənbəyi barədə məlumatdan görsənir ki, bu il ərzində mədəniyyət obyektlərinin tikintisi, bərpası və yenidən qurulması üçün 37 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Geri qayıdan və son təyinatından kənarlaşdırılan vəsaitin ayrılanın 10 faizi olduğunu inanmasam da hətta bu hesabla mədəniyyət nazirliyi 3,7 milyon manat dəstək vəsaitindən məhrum olub.

Məsələ burasındadır ki, cari ildə investisiya büdcəsindən energetika və sənaye layihələrinə 100 milyon manat, səhiyyə obyektlərinin təmiri və tikintisinə 117 milyon manat, kənd təsərrüfatına 136,3 milyon manat, idman obyektlərinin tikintisi, yarışların keçirilməsi üçün 200 milyon manat, təhsil müəssisələrinin təmiri və tikintisinə 256,3 milyon manat, su ehtiyatları və irriqasiyaya 300 milyon manat, kommunal infrastruktur üçün 546,9 milyon manat, nəqliyyatda infrastruktur layihələrinə isə 2 milyard 614 milyon manat nəzərdə tutulub. Baxanda görəcəksiniz ki, həbsə göndərilən mədəniyyət nazirinin müavini dövlət büdcəsinin investisiya xərclərindən ən az pay götürəndir. Əslində bu nazirliyə ayrılan pul dəryada bir damla qədərdir. Ona gör də balinalar qalıb, hələ ki, balığı ovlayırlar.

Əgər doğurdan da bu sahədə korrupsiya ilə qarşı mübarizə aparmaq istəyirlərsə onda 2020-ci ilin dövlət büdcəsinin 4,9 milyard manatlıq tikinti və şəhərsalma xərclərinin heç olmazsa layihələr və icraçılar üzrə təsnifatı Milli Məclisdə açıqlanmalı, bu layihələrin smeta dəyərlərinin və icraçılarının müəyyənləşdirilməsi şəffaf və açıq tenderlərdə sağlam rəqabət əsasında həyata keçirilməlidir.(Azinforum.az)

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər