Gürcüstan hökumətinin Azərbaycan mədəniyyət ocaqlarına gələn il ayıracağı vəsaitin həcmi məlum olub






Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2020-ci il üçün dövlət büdcəsi təsdiq olunub.

Redaktor.az xəbər verir ki, maliyyə sənədində Tbilisidə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılacaq vəsaitin həcmi də göstərilib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə mərkəzi büdcədən ayrılacaq vəsait 47 min lari (28 min manata yaxın) həcmində müəyyən olunub.

Bu məbləğin 31 min larisi əməkhaqqılarının ödənilməsi, 16 min larisi isə əmtəə və xidmətlər üçün nəzərdə tutulub. Muzey il ərzində 2 min lari (1 165 man) həcmində qanunla icazə verilən gəlir də əldə edə biləcək.

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına isə 2020-ci ildə 145 min lari (85 min manata yaxın) dövlət vəsaiti yönəldiləcək ki, bunun da 131 min larisi əməkhaqqıları, 14 min larisi isə əmtəə və xidmətlər üçün sərf olunacaq. Teatr il ərzində 6 min lari (3 494 man) həcmində qanunvericiliklə icazə verilən gəlir əldə etmək imkanına da malik olacaq.

Parlamentdə büdcəni təqdim edən Gürcüstanın maliyyə naziri İvane Maçavariani gələn ilin yanvarından ölkədə teatr və muzey işçilərinin əməkhaqqılarının orta hesabla 100 lari (58 man) məbləğində artırılacağını bildirib. O qeyd edib ki, 2020-ci il büdcəsində teatr və muzeylərin maliyyələşdirilməsi 5,3 milyon lari həcmində artırılıb. /report/

Son xəbərlər

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Bütün xəbərlər