sosial
1.06.2020
Magistraturaya ixtisas seçiminin tarixi açıqlandı - RƏSMİ

“İyunun 8-dən 18-dək magistraturaya ixtisas seçimi davam edəcək”.
dogruxeber.tv bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ixtisas seçimindən əvvəl müəyyən qabiliyyət tələb edə ixtisaslar üzrə cədvəllər dəqiqləşdirilir:
“Ayın 5-dək “Magistr” jurnalı dərc olunacaq. Hər bir şəxs istədiyi ali məktəbi seçə biləcək”.
Sədr əlavə edib ki, onlar qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməli olacaq.


