hadise
3.06.2020, 13:31
Yük maşını 55 yaşlı qadını vurub öldürdü

Xaçmaz şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv “Qafqazinfo” a istinadən xəbər verir ki, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əli Bəşirova məxsus “Mercedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


