hadise
12.06.2020, 12:16
Bakıda ev yanır
![]()
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.
dogruxeber.tv xəbər verir ki, bu barədə Axar.az-a FHN-dən bildirilib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


